Azərbaycan Prezidenti indoneziyalı həmkarına başsağlığı verib

Azərbaycan Prezidenti indoneziyalı həmkarına başsağlığı verib Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İndoneziya Respublikasının Prezidenti Zati-aliləri Coko Vidodoya başsağlığı məktubu göndərib.
Xarici siyasət
224
19 Yanvar , 2021 11:23
Azərbaycan Prezidenti indoneziyalı həmkarına başsağlığı verib
İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İndoneziya Respublikasının Prezidenti Zati-aliləri Coko Vidodoya başsağlığı məktubu göndərib.

"Report" xəbər verir ki, başsağlığında deyilir:

"Hörmətli cənab Prezident,

Sulavesi adasında baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni son dərəcə sarsıtdı.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost İndoneziya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!".

Son xəbərlər

Orphus sistemi