Azərbaycan Prezidenti İtaliyanın dövlət başçısına təbrik məktubu göndərib

Azərbaycan Prezidenti İtaliyanın dövlət başçısına təbrik məktubu göndərib "Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost İtaliya xalqına daim sülh və firavanlıq diləyirəm"
Xarici siyasət
1 İyun , 2015 19:20
Azərbaycan Prezidenti İtaliyanın dövlət başçısına təbrik məktubu göndərib

Bakı. 1 iyun. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezident İlham Əliyev İtaliya Respublikasının Prezidenti Sercio Mattarellaya təbrik məktubu göndərib. "Report"un məlumatına görə, təbrik mətnində deyilir:

"İtaliya Respublikasının milli bayramı – Respublika günü münasibətilə Sizi və xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Azərbaycan ilə İtaliya arasında möhkəm dostluq münasibətləri mövcuddur. Ümidvaram ki, daim genişlənən siyasi, iqtisadi və mədəni əlaqələrimiz, ikitərəfli və çoxtərəfli qaydada səmərəli əməkdaşlığımız bundan sonra da ölkələrimizin çiçəklənməsinə, xalqlarımızın rifahına töhfələr verəcəkdir.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost İtaliya xalqına daim sülh və firavanlıq diləyirəm".

Son xəbərlər

Orphus sistemi