Azərbaycan Prezidenti İtaliyanın dövlət başçısına başsağlığı verib

Azərbaycan Prezidenti İtaliyanın dövlət başçısına başsağlığı verib “Zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və irimiqyaslı dağıntılar barədə xəbər bizi olduqca kədərləndirdi”
Xarici siyasət
24 Avqust , 2016 15:10
Azərbaycan Prezidenti İtaliyanın dövlət başçısına başsağlığı verib

Bakı. 24 avqust. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev İtaliya Respublikasının Prezidenti Sercio Mattarellaya başsağlığı verib.

“Report”un xəbərinə görə, başsağlığı mətnində deyilir:

“Hörmətli cənab Prezident,

Ölkənizdə baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və irimiqyaslı dağıntılar barədə xəbər bizi olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İtaliya xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram”.

Son xəbərlər

Orphus sistemi