Azərbaycan Prezidenti İsveç Kralına məktub göndərib

Azərbaycan Prezidenti İsveç Kralına məktub göndərib
Xarici siyasət
298
5 İyun , 2020 16:24
Azərbaycan Prezidenti İsveç Kralına məktub göndərib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsveçin Kralı Əlahəzrət XVI Karl Qustava təbrik məktubu göndərib.

"Report" xəbər verir ki, məktubda deyilir:

"Əlahəzrət,

İsveç Krallığının milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, dost İsveç xalqına daim rifah arzulayıram".