Azərbaycan Prezidenti İsveç Kralına təbrik məktubu göndərib

Azərbaycan Prezidenti İsveç Kralına təbrik məktubu göndərib İlham Əliyev XVI Karl Qustavı İsveç Krallığının milli bayramı münasibətilə təbrik edib
Xarici siyasət
5 İyun , 2017 18:44
Azərbaycan Prezidenti İsveç Kralına təbrik məktubu göndərib

Bakı. 5 iyun. REPORT.AZ/ Prezident İlham Əliyev İsveçin Kralı Əlahəzrət XVI Karl Qustava təbrik məktubu göndərib.

"Report" xəbər verir ki, məktubda deyilir: 

"Əlahəzrət,

İsveç Krallığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirməkdən məmnunluq duyuram.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost İsveç xalqına daim sülh və rifah arzulayıram."

Son xəbərlər

Orphus sistemi