Azərbaycan Prezidenti İsveç kralı və Danimarka kraliçasını təbrik edib

Azərbaycan Prezidenti İsveç kralı və Danimarka kraliçasını təbrik edib Məktublarda İsveç və Danimarka krallıqlarının milli bayramları təbrik olunur
Xarici siyasət
4 İyun , 2016 15:32
Azərbaycan Prezidenti İsveç kralı və Danimarka kraliçasını təbrik edib

Bakı. 4 iyun. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsveçin kralı, əlahəzrət XVI Karl Qustava təbrik məktubu ünvanlayıb.

“Report”un məlumatına görə, məktubda deyilir:

“Əlahəzrət,

İsveç Krallığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost İsveç xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

Dövlət başçısı həmçinin Danimarkanın kraliçası, ülyahəzrət II Marqreteyə də təbrik məktubu göndərib. 

Təbrik məktubunda deyilir: 

"Ülyahəzrət,

Danimarka Krallığının milli bayramı – Konstitusiya günü münasibətilə Sizi və bütün xalqınızı ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Danimarka xalqına daim sülh və rifah diləyirəm".

Son xəbərlər

Orphus sistemi