Prezident İlham Əliyev İsrailin dövlət başçısına təbrik məktubu göndərib

Prezident İlham Əliyev İsrailin dövlət başçısına təbrik məktubu göndərib "İsrail Dövlətinin milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm"
Xarici siyasət
22 Aprel , 2015 18:36
Prezident İlham Əliyev İsrailin dövlət başçısına təbrik məktubu göndərib

Bakı. 22 aprel. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev İsrailin dövlət başçısı Reuven Rivlinə təbrik məktubu göndərib. "Report"un məlumatına görə, təbrik məktubunda deyilir: 

"Hörmətli cənab Prezident,

İsrail Dövlətinin milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan-İsrail əlaqələri, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza sülh və firavanlıq diləyirəm".

Son xəbərlər

Orphus sistemi