Azərbaycan Prezidentinin Riqada rəsmi qarşılanma mərasimi olub

Azərbaycan Prezidentinin Riqada rəsmi qarşılanma mərasimi olub Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər
Xarici siyasət
17 İyul , 2017 12:02
Azərbaycan Prezidentinin Riqada rəsmi qarşılanma mərasimi olub
President.az

Bakı. 17 iyul. REPORT.AZ/ Bu gün Latviya Prezidentinin iqamətgahında – “Riqa” qəsrində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.

"Report"un xəbərinə görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı qəsrin qarşısında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Latviya Prezidenti Raymonds Veyonis Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb.

Hərbi orkestrin ifasında Azərbaycanın və Latviyanın dövlət himnləri səsləndirilib.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.

Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Latviyanın dövlət və hökumət nümayəndələri Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Latviya Prezidenti Raymonds Veyonisə təqdim olunub.

Azərbaycan Prezidenti İlham Əliyev “Riqa” qəsrinin “Gerblər” salonunda Fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.

Sonra hədiyyələr təqdim edilib.

Son xəbərlər

Orphus sistemi