Prezident İlham Əliyev Türkiyənin Baş naziri Əhməd Davudoğlu ilə görüşüb

Prezident İlham Əliyev Türkiyənin Baş naziri Əhməd Davudoğlu ilə görüşüb Ölkələrimiz arasındakı dostluq əlaqələrinin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu
Xarici siyasət
14 Yanvar , 2015 23:48
Prezident İlham Əliyev Türkiyənin Baş naziri Əhməd Davudoğlu ilə görüşüb

Bakı. 14 yanvar. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ankara şəhərində Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlu ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən iqtisadi, enerji, nəqliyyat və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olundu. Ölkələrimizin birgə həyata keçirdiyi layihələrin əhəmiyyətinə toxunuldu, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin önəmi vurğulandı. Azərbaycan-Türkiyə əlaqələrinin regional əməkdaşlığın gücləndirilməsinə töhfə verdiyi qeyd edildi.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının zəruriliyi bildirildi. Ölkələrimiz arasındakı dostluq əlaqələrinin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Əhməd Davudoğlu birgə nahar etdilər.

Son xəbərlər

Orphus sistemi