Azərbaycan Prezidenti Minskdə “Qələbə” meydanını ziyarət edib

Azərbaycan Prezidenti Minskdə “Qələbə” meydanını ziyarət edib Prezident İlham Əliyev abidənin önünə əklil qoyub
Xarici siyasət
28 Noyabr , 2015 11:41
Azərbaycan Prezidenti Minskdə “Qələbə” meydanını ziyarət edib

Bakı. 28 noyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Belarus Respublikasına rəsmi səfəri çərçivəsində noyabrın 28-də Minsk şəhərindəki “Qələbə” meydanında 1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin şərəfinə ucaldılmış abidəni ziyarət edib.

"Report" xəbər verir ki, meydanda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyev abidənin önünə əklil qoyub.

Azərbaycanın və Belarusun dövlət himnləri səslənib.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçısının qarşısından keçib.

Son xəbərlər

Orphus sistemi