Azərbaycan Prezidenti İlham Əliyev Esvatininin Kralı Əlahəzrət III Msvati ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev Esvatininin Kralı Əlahəzrət III Msvati ilə görüşüb Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da Esvatininin Kralı Əlahəzrət III Msvati ilə görüşüb.
Xarici siyasət
26 Oktyabr , 2019 19:55
Azərbaycan Prezidenti İlham Əliyev Esvatininin Kralı Əlahəzrət III Msvati ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da Esvatininin Kralı Əlahəzrət III Msvati ilə görüşüb.

"Report" xəbər verir ki, görüşdə Esvatininin Kralı Əlahəzrət III Msvati Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünün yüksək səviyyədə təşkil edildiyini vurğuladı və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirdi.

Görüşdə ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləməsinin əhəmiyyəti vurğulandı. Müxtəlif sahələrdə, o cümlədən turizm, energetika, elm, təhsil, humanitar və digər sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi aparıldı.

Son xəbərlər

Orphus sistemi