Yuxarı
    Bağlamaq

    Prezident İlham Əliyev Belarusun dövlət başçısına təbrik məktubu göndərib

    Sevindirici haldır ki, bizim hərtərəfli əməkdaşlığımız bu gün də dinamik inkişaf edir

    Bakı. 2 iyul. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Belarusun dövlət başçısı Aleksandr Lukaşenkoya təbrik məktubu göndərib. 

    "Report"un məlumatına görə, məktubda deyilir: 

    "Milli bayramınız – Müstəqillik Günü münasibətilə Sizi və Sizin şəxsinizdə dost Belarus xalqını səmimi qəlbdən təbrik edirəm.

    Azərbaycan və Belarusu tarixən təşəkkül tapan dostluq və əməkdaşlıq münasibətləri bağlayır. Sevindirici haldır ki, bizim hərtərəfli əməkdaşlığımız bu gün də dinamik inkişaf edir, Azərbaycan ilə Belarusun çoxplanlı qarşılıqlı fəaliyyətinə hər cəhətdən kömək edir.

    Əminəm ki, xalqlarımızın maraqları, ölkələrimizin inkişafı naminə birgə səylərimiz Azərbaycan ilə Belarus arasında strateji tərəfdaşlığın bundan sonra da möhkəmlənməsinə və genişlənməsinə yönələcək.

    Hörmətli Aleksandr Qriqoryeviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və müvəffəqiyyət, dost Belarus xalqına isə sülh və firavanlıq arzu edirəm".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi