Azərbaycan prezidenti gürcüstanlı həmkarına başsağlığı verib

Azərbaycan prezidenti gürcüstanlı həmkarına başsağlığı verib İlham Əliyev Tkibulidəki kömür mədənində baş vermiş faciədən kədərləndiyini bildirib
Xarici siyasət
8 Aprel , 2018 12:45
Azərbaycan prezidenti gürcüstanlı həmkarına başsağlığı verib

Bakı. 8 aprel. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev gürcüstanlı həmkarı Giorgi Marqvelaşviliyə başsağlığı məktubu ünvanlayıb.

“Report” xəbər verir ki, Tkibuli bölgəsində yerləşən kömür mədənində baş vermiş uçqunla bağlı məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Tkibuli bölgəsində yerləşən kömür mədənində baş vermiş uçqun nəticəsində insan tələfatı və yaralananlar barədə xəbərdən olduqca kədərləndim.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Gürcüstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram".

Son xəbərlər

Orphus sistemi