Azərbaycan Prezidenti Gürcüstanın dövlət başçısına təbrik məktubu göndərib

Azərbaycan Prezidenti Gürcüstanın dövlət başçısına təbrik məktubu göndərib "Azərbaycan ilə Gürcüstanı dərin tarixi kökləri olan çoxəsrlik dostluq və mehriban qonşuluq münasibətləri birləşdirir"
Xarici siyasət
25 May , 2015 19:22
Azərbaycan Prezidenti Gürcüstanın dövlət başçısına təbrik məktubu göndərib

Bakı. 25 may. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstan Prezidenti Giorgi Marqvelaşviliyə təbrik məktubu göndərib. "Report"un məlumatına görə, təbrik məktubunda bildirilir:

"Hörmətli cənab Prezident,

Gürcüstanın milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Azərbaycan ilə Gürcüstanı dərin tarixi kökləri olan çoxəsrlik dostluq və mehriban qonşuluq münasibətləri birləşdirir. Əlamətdar haldır ki, istər ikitərəfli qaydada, istərsə də regional və beynəlxalq qurumlar çərçivəsində qarşılıqlı etimad və dəstəyə əsaslanan dövlətlərarası əməkdaşlıq münasibətlərimiz bütün sahələrdə dinamik inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir.

Əminəm ki, həyata keçirdiyimiz irimiqyaslı iqtisadi layihələr xalqlarımızın rifahına, ölkələrimizin tərəqqisinə, regionumuzda sabitlik və təhlükəsizliyin bərqərar olmasına mühüm töhfələr verəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Gürcüstan xalqına sülh və firavanlıq arzulayıram".

Son xəbərlər

Orphus sistemi