Azərbaycan Prezidenti Gürcüstanın baş naziri ilə görüşüb

Azərbaycan Prezidenti Gürcüstanın baş naziri ilə görüşüb İki ölkə əməkdaşlığı dərinləşdirmək niyyətindədir
Xarici siyasət
22 Yanvar , 2016 13:37
Azərbaycan Prezidenti Gürcüstanın baş naziri ilə görüşüb

Bakı. 22 Yanvar. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Davosda keçirilən Ümumdünya İqtisadi Forumu çərçivəsində görüşüb.

"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin administrasiyasından bildirilib.

Məlumata görə, görüşdə tərəflər mehriban qonşuluq münasibətlərinin inkişafı və strateji əməkdaşlıq məsələlərini müzakirə edib. Tərəflər, həmçinin Azərbaycan və Gürcüstan arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə dərinləşdirilməsi istəklərini dilə gətirib.

Son xəbərlər

Orphus sistemi