Yuxarı
    Bağlamaq

    Azərbaycan Prezidenti fransalı və misirli həmkarlarına başsağlığı verib

    Parisdən Qahirəyə uçan sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həmvətənlərinizin həlak olması xəbərini kədər hissi ilə qarşıladım

    Bakı. 19 may. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezident İlham Əliyev Fransa Respublikasının Prezidenti Fransua Ollanda başsağlığı məktubu göndərib. "Report"un məlumatına görə, məktubda deyilir: 

    "Hörmətli cənab Prezident,

    Parisdən Qahirəyə uçan sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həmvətənlərinizin həlak olması xəbərini kədər hissi ilə qarşıladım.

    Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".

    Dövlət başçısı həmçinin Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisiyə də başsağlığı məktubu göndərib. Məktubda deyilir: "Hörmətli cənab Prezident, “EgyptAir” şirkətinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.

    Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi