Azərbaycan Prezidenti Fransa Senatında Fransa-Qafqaz Dostluq Qrupunun rəhbərini qəbul edib - YENİLƏNİB

Azərbaycan Prezidenti Fransa Senatında Fransa-Qafqaz Dostluq Qrupunun rəhbərini qəbul edib - YENİLƏNİB Dövlət başçısı səfərin qonaqların ölkəmizlə yaxından tanış olmaları üçün yaxşı fürsət yaradacağını deyib
Xarici siyasət
10 Mart , 2017 12:19
Azərbaycan Prezidenti Fransa Senatında Fransa-Qafqaz Dostluq Qrupunun rəhbərini qəbul edib - YENİLƏNİB
President.az

*** 10:49

Bakı. 10 mart. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev martın 10-da Fransa Senatının Fransa-Qafqaz Dostluq Qrupunun sədri Andre Reyşarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

"Report" xəbər verir ki, Andre Reyşarın Fransa senatorlarından ibarət böyük nümayəndə heyəti ilə Azərbaycana səfərinin önəmini qeyd edən dövlət başçısı səfərin qonaqların ölkəylə yaxından tanış olmaları üçün yaxşı fürsət yaradacağını deyib. 

Görüşdə ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilib, əməkdaşlığımızın möhkəmləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd olunub, Azərbaycan Prezidenti İlham Əliyevin Fransaya gözlənilən səfəri zamanı iqtisadi, enerji, Avropa İttifaqı çərçivəsində əməkdaşlığın perspektivləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlərin müzakirə olunacağı vurğulanıb.

Söhbət zamanı Azərbaycan ilə Fransa arasında energetika, ekologiya, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi ətrafında da fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi