Azərbaycan Prezidenti finlandiyalı həmkarını təbrik edib

Azərbaycan Prezidenti finlandiyalı həmkarını təbrik edib Məktub Finlandiya Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə göndərilib
Xarici siyasət
5 Dekabr , 2016 18:09
Azərbaycan Prezidenti finlandiyalı həmkarını təbrik edib

Bakı. 5 dekabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Finlandiya Respublikasının Prezidenti Sauli Niinistöyə təbrik məktubu göndərib. 

"Report"un məlumatına görə, təbrikdə deyilir: 

"Hörmətli cənab Prezident,

Finlandiya Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Finlandiya xalqına daim sülh və firavanlıq diləyirəm".

Son xəbərlər

Orphus sistemi