Azərbaycan Prezidenti estoniyalı həmkarını təbrik edib

Azərbaycan Prezidenti estoniyalı həmkarını təbrik edib Məktub Estoniya Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə göndərilib
Xarici siyasət
23 Fevral , 2017 18:16
Azərbaycan Prezidenti estoniyalı həmkarını təbrik edib

Bakı. 23 fevral. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Estoniya Respublikasının Prezidenti Kersti Kalyulayda təbrik məktubu ünvanlayıb. 

"Report"un məlumatına görə, təbrikdə deyilir:  

"Hörmətli xanım Prezident,

Estoniya Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Estoniya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

Son xəbərlər

Orphus sistemi