Azərbaycan Prezidenti Əlcəzairin energetika nazirini və Fransa Senatının üzvünü qəbul edib

Azərbaycan Prezidenti Əlcəzairin energetika nazirini və Fransa Senatının üzvünü qəbul edib Yosef Yusfi Əlcəzair Prezidenti Əbdüləziz Buteflikanın məktubunu dövlət başçısına təqdim edib
Xarici siyasət
11 Fevral , 2015 15:25
Azərbaycan Prezidenti Əlcəzairin energetika nazirini və Fransa Senatının üzvünü qəbul edib

Bakı. 11 fevral. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev fevralın 11-də Əlcəzair Xalq Demokratik Respublikasının energetika naziri, Prezidentin xüsusi elçisi Yosef Yusfini qəbul edib. 

“Report”un xəbərinə görə, Yosef Yusfi Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Əbdüləziz Buteflikanın məktubunu dövlət başçısına təqdim edib.

Görüşdə ölkələr arasında ikitərəfli əlaqələrin uğurlu inkişafından məmnunluq ifadə edildi, energetika sahəsində əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan Prezidenti İlham Əliyev həmçinin Fransa Senatının üzvü, keçmiş nazir Jan-Mari Bokelin başçılıq etdiyi Fransanın Alzas regionunun nümayəndə heyətini qəbul edib.

Azərbaycan ilə Fransa arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən parlamentlərarası əməkdaşlıq sahəsində yüksək səviyyədə olduğunu məmnunluqla qeyd edən Prezident İlham Əliyev münasibətlərin möhkəmləndirilməsində Fransa Prezidenti Fransua Ollandla keçirdiyi mütəmadi görüşlərin önəmini vurğulayıb. Dövlət başçısı Fransa nümayəndə heyətinin Azərbaycana səfərinin ölkəmizlə yaxından tanış olmaq və ikitərəfli əlaqələrimizin perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılması baxımından yaxşı imkan yaradacağına ümidvar olduğunu bildirib.

Fransa Senatının üzvü, keçmiş nazir Jan-Mari Bokel Prezident İlham Əliyevin Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinə rəhbərlik etdiyi dövrdə bu qurumda çalışmasını və eləcə də iki il bundan əvvəl Fransa nümayəndə heyətinin tərkibində Azərbaycana səfər etməsini məmnunluqla xatırlayıb.

Görüşdə Azərbaycan-Fransa ikitərəfli münasibətlərinin müxtəlif istiqamətlərdə, o cümlədən parlamentlərarası və beynəlxalq əməkdaşlıq sahələrində, eləcə də ölkələrimizin regionları arasında əlaqələrin genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi