Azərbaycan Prezidenti Əlcəzairin dövlət başçısını təbrik edib

Azərbaycan Prezidenti Əlcəzairin dövlət başçısını təbrik edib "İnanıram ki, Azərbaycan-Əlcəzair dostluğu və əməkdaşlığı bundan sonra da xalqlarımızın mənafelərinə uyğun olaraq inkişaf edəcək və genişlənəcəkdir"
Xarici siyasət
31 Oktyabr , 2015 17:21
Azərbaycan Prezidenti Əlcəzairin dövlət başçısını təbrik edib

Bakı. 31 oktyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Əbdüləziz Buteflikaya təbrik məktubu göndərib. "Report"un məlumatına görə, təbrik mətnində deyilir:

"Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – İnqilab günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan-Əlcəzair dostluğu və əməkdaşlığı bundan sonra da xalqlarımızın mənafelərinə uyğun olaraq inkişaf edəcək və genişlənəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Əlcəzair xalqına sülh və tərəqqi arzulayıram".

Son xəbərlər

Orphus sistemi