Azərbaycan Prezidenti Əfqanıstanın dövlət başçısına məktub göndərib

Azərbaycan Prezidenti Əfqanıstanın dövlət başçısına məktub göndərib Bakı. 18 avqust. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qaniyə təbrik məktubu göndərib.
Xarici siyasət
18 Avqust , 2018 17:07
Azərbaycan Prezidenti Əfqanıstanın dövlət başçısına məktub göndərib

Bakı. 18 avqust. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qaniyə təbrik məktubu göndərib.

"Report" xəbər verir ki, məktubda deyilir: 

"Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan-Əfqanıstan əlaqələri xalqlarımızın mənafelərinə uyğun olaraq daim dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcək və daha da möhkəmlənəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Əfqanıstan xalqına əmin-amanlıq və rifah arzulayıram".

Son xəbərlər

Orphus sistemi