Azərbaycan Prezidenti Dağıstan rəhbərinə başsağlığı verib

Azərbaycan Prezidenti Dağıstan rəhbərinə başsağlığı verib Azərbaycan Prezidenti İlham Əliyev Dağıstan Respublikasının rəhbəri Sergey Məlikova başsağlığı verib.
Xarici siyasət
15 avqust 2023 08:14
Azərbaycan Prezidenti Dağıstan rəhbərinə başsağlığı verib
İlham Əliyev

Azərbaycan Prezidenti İlham Əliyev Dağıstanın rəhbəri Sergey Məlikova başsağlığı verib.

"Report" xəbər verir ki, bununla bağlı dövlət başçısı Sergey Məlikova başsağlığı məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Hörmətli Sergey Alimoviç,

Mahaçqalada yanacaqdoldurma stansiyasında baş vermiş partlayış nəticəsində həlak olanlar və yaralananlar barədə xəbər məni son dərəcədə kədərləndirdi.

Ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Dağıstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm. Xəsarət alanlara şəfa diləyirəm".

Son xəbərlər

Orphus sistemi