Azərbaycan Prezidenti “CISCO” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb

Azərbaycan Prezidenti “CISCO” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb Bakı. 22 yanvar. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda “CISCO” şirkətinin icraçı vitse-prezidenti və baş maliyyə direktoru xanım Kelli Kramer ilə görüşüb.
Xarici siyasət
22 Yanvar , 2018 23:43
Azərbaycan Prezidenti “CISCO” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb

Bakı. 22 yanvar. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda “CISCO” şirkətinin icraçı vitse-prezidenti və baş maliyyə direktoru xanım Kelli Kramer ilə görüşüb.

"Report" xəbər verir ki, görüşdə Azərbaycanın bir çox dövlət qurumları ilə “CISCO” şirkəti arasında səmərəli əməkdaşlığın olduğu qeyd edilib. 

Bu şirkətin ölkəmizdə həyata keçirilən infrastruktur layihələrinin icrasında iştirak etməsinin əhəmiyyəti vurğulanıb. “CISCO” şirkəti tərəfindən Azərbaycana ən müasir texnologiyaların gətirilməsində ölkəmizin maraqlı olduğu bildirilib.

Son xəbərlər

Orphus sistemi