Azərbaycan Prezidenti Çili parlamentinin nümayəndə heyətini qəbul edib - ƏLAVƏ OLUNUB

Azərbaycan Prezidenti Çili parlamentinin nümayəndə heyətini qəbul edib - ƏLAVƏ OLUNUB Məlumatı Prezidentin mətbuat xidməti yayıb
Xarici siyasət
28 Sentyabr , 2016 12:45
Azərbaycan Prezidenti Çili parlamentinin nümayəndə heyətini qəbul edib - ƏLAVƏ OLUNUB

Bakı. 28 sentyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 28-də Çili Respublikası Senatında Azərbaycan ilə dostluq qrupunun sədri İvan Barros Moreyra və beynəlxalq əlaqələr komitəsinin sədri Xorxe Pisarro Sotonu qəbul edib.

"Report" xəbər verir ki, dövlət başçısı Çili Respublikasının Senatında Azərbaycan ilə dostluq qrupunun sədri İvan Barros Moreyranın bu səfərinin uğurlu olacağına və ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi işinə xidmət edəcəyinə əminliyini bildirib. Azərbaycan ilə Çili arasında əlaqələrin o qədər də fəal olmadığını deyən Pezident İlham Əliyev münasibətlərimizin inkişafında qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayaraq xalqlarımızın bir-birilərini tanımalarının vacibliyini qeyd edib. Dövlət başçısı bunun həm də iqtisadi və digər sahələrdə də əməkdaşlığın fəallaşdırılması işinə yaxşı imkan yaradacağını deyib. Beşinci Bakı Beynəlxalq Humanitar Forumuna dünyada çox böyük marağın olduğunu deyən Prezident İlham Əliyev Çili Respublikasının Senatında Azərbaycan ilə dostluq qrupunun sədri İvan Barros Moreyranın Forumda iştirakının önəmini qeyd edib.

Çili Respublikasının Senatında Azərbaycan ilə dostluq qrupunun sədri İvan Barros Moreyra ölkəsinin xarici işlər nazirinin Azərbaycanın son illərdə beynəlxalq aləmdə nüfuzunun və hörmətinin artdığı, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə onlara məlumat verdiyini deyib və Çilinin münaqişənin həllində Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyini vurğulayıb. İvan Barros Moreyra ölkəsinin xarici işlər naziri ilə həmçinin Azərbaycanın iqtisadi imkanlarına dair söhbət etdiyini də diqqətə çatdırıb.

Sonda xatirə şəkli çəkdirilib.

Son xəbərlər

Orphus sistemi