Azərbaycan Prezidenti DCNS şirkəti və “CIFAL” qrupun prezidentləri ilə görüşüb

Azərbaycan Prezidenti DCNS şirkəti və “CIFAL” qrupun prezidentləri ilə görüşüb Bu barədə Azərbaycan Respublikası Prezidentinin mətbuat xidməti məlumat yayıb
Xarici siyasət
13 Mart , 2017 11:50
Azərbaycan Prezidenti DCNS şirkəti və “CIFAL” qrupun prezidentləri ilə görüşüb

Bakı. 13 mart. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev martın 13-də Parisdə DCNS şirkətinin prezidenti Erve Qiyu ilə görüşüb.

"Report"un xəbərinə görə, görüşdə Azərbaycan ilə DCNS şirkəti arasında 2004-cü ildən əməkdaşlığın həyata keçirildiyi bildirilib. Müxtəlif dizaynlı və təyinatlı gəmilərin hazırlanması ilə bağlı bir sıra layihələrin reallaşdırıldığı qeyd edilib, Bakı gəmiqayırma zavodu ilə əməkdaşlığın yaxşı perspektivlərinin olduğu vurğulanıb.

Bundan başqa, dövlət başçısı “CIFAL” qrupunun prezidenti Jil Remi ilə görüşüb. Görüşdə ikitərəfli əməkdaşlığın perspektivləri, həmçinin hərbi-texniki sahədə gəmilərin hazırlanması ilə bağlı fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi