Yuxarı
    Bağlamaq

    Azərbaycan Prezidenti Çexiyanın dövlət başçısını təbrik edib

    Azərbaycan-Çexiya münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur

    Bakı. 27 oktyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çex Respublikasının prezidenti Miloş Zemana təbrik məktubu göndərib.

    "Report"un məlumatına görə, təbrikdə deyilir:

    "Hörmətli cənab Prezident,

    Ölkənizin milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

    Azərbaycan-Çexiya münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. İnanıram ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq əlaqələri bundan sonra da xalqlarımızın mənafelərinə uyğun olaraq inkişaf edəcək və genişlənəcəkdir.

    Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza daim sülh və firavanlıq arzulayıram".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi