Azərbaycan Prezidenti CAR-ın dövlət başçısını təbrik edib

Azərbaycan Prezidenti CAR-ın dövlət başçısını təbrik edib Məktub Cənubi Afrika Respublikasının milli bayramı – Azadlıq Günü münasibətilə göndərilib
Xarici siyasət
26 Aprel , 2017 18:02
Azərbaycan Prezidenti CAR-ın dövlət başçısını təbrik edib
Azertag.az

Bakı. 26 aprel. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənubi Afrika Respublikasının Prezidenti Ceykob Gedleyihlekisa Zumaya təbrik məktubu ünvanlayıb. 

"Report"un məlumatına görə, təbrikdə deyilir:  

"Hörmətli cənab Prezident,

Cənubi Afrika Respublikasının milli bayramı – Azadlıq Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza əmin-amanlıq və rifah arzulayıram".

Son xəbərlər

Orphus sistemi