Azərbaycan Prezidenti BVF-nin icraçı direktorunun müavinini qəbul edib

Azərbaycan Prezidenti BVF-nin icraçı direktorunun müavinini qəbul edib Əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb
Xarici siyasət
1 May , 2015 14:24
Azərbaycan Prezidenti BVF-nin icraçı direktorunun müavinini qəbul edib

Bakı. 1 may. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Valyuta Fondunun (BVF) icraçı direktorunun müavini Mitsuhiro Furusavanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. “Report”un xəbərinə görə, görüşdə Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci illik toplantısının Bakıda keçirilməsinin əhəmiyyəti vurğulandı, tədbirə hazırlığın yüksək səviyyədə təşkil edildiyi bildirilib. Azərbaycanın mötəbər beynəlxalq tədbirlərin keçirilməsi üçün əlverişli məkan və bu istiqamətdə yaxşı təcrübəyə malik olduğu məmnunluqla qeyd edilib.

Söhbət zamanı Azərbaycan ilə Beynəlxalq Valyuta Fondu arasında uzunmüddətli uğurlu əməkdaşlığın önəmi vurğulanıb və bu əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi