Azərbaycan Prezidenti Bruney-Darüssalamın Sultanını təbrik edib

Azərbaycan Prezidenti Bruney-Darüssalamın Sultanını təbrik edib İlham Əliyev həmkarı Hacı Həssənal Bolkiahanı milli bayramı münasibətilə təbrik edib
Xarici siyasət
22 Fevral , 2017 18:13
Azərbaycan Prezidenti Bruney-Darüssalamın Sultanını təbrik edib

Bakı. 22 fevral. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Bruney-Darüssalamın Sultanı Əlahəzrət Hacı Həssənal Bolkiaha təbrik məktubu göndərib.

"Report" xəbər verir ki, dövlət başçısının təbrikində deyilir: "Əlahəzrət, Bruney-Darüssalamın milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza ən səmimi təbriklərimi yetirməkdən məmnunluq duyuram.

Ümidvaram ki, ölkələrimiz arasındakı dostluq münasibətləri, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost xalqınıza daim əmin-amanlıq və firavanlıq arzulayıram."

Son xəbərlər

Orphus sistemi