Azərbaycan Prezidenti Braziliyanın dövlət başçısını təbrik edib

Azərbaycan Prezidenti Braziliyanın dövlət başçısını təbrik edib Bakı. 6 sentyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Mişel Temerə təbrik məktubu ünvanlayıb.
Xarici siyasət
6 Sentyabr , 2018 18:27
Azərbaycan Prezidenti Braziliyanın dövlət başçısını təbrik edib

Bakı. 6 sentyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Mişel Temerə təbrik məktubu ünvanlayıb. 

"Report"un məlumatına görə, təbrik mətnində deyilir:  

"Hörmətli cənab Prezident,

Braziliya Federativ Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Braziliya arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq zəminində inkişaf edəcək və genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Braziliya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

Son xəbərlər

Orphus sistemi