Yuxarı

​Azərbaycan prezidenti BP şirkətinin baş icraçı direktoru ilə görüşüb

Görüşdə “AÇG” və “Şahdəniz” yataqlarının işlənilməsi üzrə əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub

Bakı. 20 yanvar. REPORT.AZ/ Bu gün Azərbaycan prezidenti İlham Əliyevin Davosda Böyük Britaniyanın BP şirkətinin baş icraçı direktoru Robert Dadli ilə görüşü olub.

"Report" xəbər verir ki, görüşdə “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarının işlənilməsində Azərbaycan ilə BP şirkəti arasında əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub.

Həmçinin Abşeron yarımadasının dayaz sulu hissəsində geoloji kəşfiyyat işlərinin aparılması sahəsində işlərin uğurla davam etdirildiyi vurğulanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi