Azərbaycan Prezidenti Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçasına təbrik məktubu göndərib

Azərbaycan Prezidenti Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçasına təbrik məktubu göndərib "Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Birləşmiş Krallığın dost xalqına daim sülh və firavanlıq arzulayıram"
Xarici siyasət
12 İyun , 2015 18:23
Azərbaycan Prezidenti Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçasına təbrik məktubu göndərib

Bakı. 12 iyun. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabetə təbrik məktubu göndərib. "Report"un məlumatına görə, təbrik mətnində deyilir: 

"Ülyahəzrət,

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli bayramı – Təvəllüd gününüz münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirməkdən məmnunluq duyuram.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Birləşmiş Krallığın dost xalqına daim sülh və firavanlıq arzulayıram".

Son xəbərlər

Orphus sistemi