Azərbaycan Prezidenti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazirinə başsağlığı verib

Azərbaycan Prezidenti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazirinə başsağlığı verib “Mançesterdə törədilmiş partlayış nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbər bizi olduqca sarsıtdı”
Xarici siyasət
23 May , 2017 13:08
Azərbaycan Prezidenti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazirinə başsağlığı verib

Bakı. 23 may. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri xanım Tereza Meyə başsağlığı verib.

“Report”un xəbərinə görə, başsağlığı mətnində deyilir:

“Hörmətli xanım Baş nazir,

Mançester şəhərində törədilmiş partlayış nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbər bizi olduqca sarsıtdı.

Biz bu amansız terror aktından son dərəcə hiddətlənir, terrorizmə qarşı hamılıqla və qətiyyətlə mübarizə aparılmasını zəruri və vacib hesab edirik.

Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, Birləşmiş Krallığın bütün xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram”.

Son xəbərlər

Orphus sistemi