Yuxarı

Azərbaycan Prezidenti Bosniya və Herseqovina Rəyasət Heyətinin sədrinə təbrik məktubu göndərib

Prezident İlham Əliyev  Bosniya və Herseqovinanın Dövlətçilik günü münasibətilə Mladen İvaniçi təbrik edib

Bakı. 24 noyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri Mladen İvaniçə təbrik məktubu göndərib. "Report"un məlumatına görə, təbrikdə deyilir: 

"Hörmətli cənab sədr, Bosniya və Herseqovinanın milli bayramı – Dövlətçilik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan ilə Bosniya və Herseqovina arasında təşəkkül tapmış dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı və möhkəmləndirilməsi yolunda birgə səylərimizi davam etdirəcəyik. Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, Bosniya və Herseqovinanın dost xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi