Yuxarı
    Bağlamaq

    Azərbaycan Prezidenti Bosniya və Herseqovinanın dövlət başçısını təbrik edib

    İki ölkə arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı daim ölkələrimizin və xalqlarımızın mənafelərinə xidmət edəcək

    Bakı. 24 noyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Draqan Çoviçə təbrik məktubu göndərib. "Report"un məlumatına görə, təbrik mətnində deyilir:

    "Hörmətli cənab Sədr,

    Bosniya və Herseqovinanın milli bayramı – Dövlətçilik günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi yetirirəm.

    İnanıram ki, Azərbaycan ilə Bosniya və Herseqovina arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı daim ölkələrimizin və xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

    Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Bosniya və Herseqovinanın dost xalqına sülh və firavanlıq arzulayıram".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi