​Azərbaycan Prezidenti bolqarıstanlı həmkarını təbrik edib

​Azərbaycan Prezidenti bolqarıstanlı həmkarını təbrik edib “Əməkdaşlığımızın dərinləşdirilməsi istiqamətində səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik”
Xarici siyasət
2 Mart , 2015 18:11

Bakı. 2 mart. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstan Respublikasının Prezidenti Rosen Plevneliyevə təbrik məktubu ünvanlayıb. “Report”un məlumatına görə, təbrik məktubunda deyilir:

“Bolqarıstan Respublikasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Azərbaycan ilə Bolqarıstanı möhkəm dostluq münasibətləri birləşdirir. İnanıram ki, xalqlarımızın iradəsinə uyğun olaraq əlaqələrimizin bütün sahələrdə genişləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın dərinləşdirilməsi istiqamətində səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik. Bolqarıstana tezliklə edəcəyim səfərin ölkələrimiz arasındakı əlaqələrin daha da inkişafına və möhkəmlənməsinə öz töhfəsini verəcəyinə şübhə etmirəm.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Bolqarıstan xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

Son xəbərlər

Orphus sistemi