Azərbaycan Prezidenti bolqarıstanlı həmkarına təbrik məktubu göndərib

Azərbaycan Prezidenti bolqarıstanlı həmkarına təbrik məktubu göndərib İlham Əliyev Rumen Radevi Bolqarıstanın milli bayramı münasibətilə təbrik edib
Xarici siyasət
2 Mart , 2017 18:18
Azərbaycan Prezidenti bolqarıstanlı həmkarına təbrik məktubu göndərib

Bakı. 2 mart. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevə təbrik məktubu göndərib.

"Report" xəbər verir ki, təbrik məktubunda deyilir:

"Hörmətli cənab Prezident,

Bolqarıstan Respublikasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Azərbaycan ilə Bolqarıstanı ənənəvi dostluq və əməkdaşlıq münasibətləri birləşdirir. Daim genişlənən siyasi, iqtisadi və mədəni əlaqələrimiz, qarşılıqlı faydalı əməkdaşlığımız ikitərəfli münasibətlərimizin dinamik inkişafını şərtləndirən amillərdəndir.

İnanıram ki, Azərbaycan-Bolqarıstan dostluğu və əməkdaşlığı xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da hərtərəfli və ardıcıl şəkildə inkişaf edəcək və möhkəmlənəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Bolqarıstan xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram."

Son xəbərlər

Orphus sistemi