Azərbaycan Prezidenti bolqar həmkarını təbrik edib

Azərbaycan Prezidenti bolqar həmkarını təbrik edib Bakı. 3 mart. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevə təbrik məktubu ünvanlayıb.
Xarici siyasət
3 Mart , 2018 13:59
Azərbaycan Prezidenti bolqar həmkarını təbrik edib
Report

Bakı. 3 mart. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevə təbrik məktubu ünvanlayıb.

“Report”un xəbərinə görə, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Bolqarıstan Respublikasının milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Bolqarıstan arasındakı ənənəvi dostluq münasibətləri, qarşılıqlı maraq doğuran əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da ardıcıl şəkildə inkişaf edəcək və genişlənəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Bolqarıstan xalqına daim sülh və firavanlıq diləyirəm”.

Son xəbərlər

Orphus sistemi