Azərbaycan Prezidenti: “Bizə qarşı mütəmadi qaydada qarayaxma, böhtan, təhqir kampaniyaları aparılır”

Azərbaycan Prezidenti: “Bizə qarşı mütəmadi qaydada qarayaxma, böhtan, təhqir kampaniyaları aparılır” Dövlət başçısı: “Bizə qarşı o çirkin kampaniyaları təşkil edənlərin özləri də artıq siyasi səhnədən kənarlaşdırılıblar”
Xarici siyasət
30 Yanvar , 2017 14:31
Azərbaycan Prezidenti: “Bizə qarşı mütəmadi qaydada qarayaxma, böhtan, təhqir kampaniyaları aparılır”

"Azərbaycan xalqı qürurlu xalqdır, heç vaxt imkan verə bilməz ki, kimsə bizə nəyisə diktə etsin. Biz öz ləyaqətimizi həmişə saxlamışıq və saxlayırıq"

Bakı. 30 yanvar. REPORT.AZ/ “Onu da deməliyəm ki, biz bütün bu işləri o qədər də asan olmayan şəraitdə icra etmişik. Yaxşı bilirsiniz ki, bizə qarşı mütəmadi qaydada qarayaxma, böhtan, təhqir kampaniyaları aparılır. Ancaq bunların heç biri bizə təsir etmir. Çünki biz bilirik ki, bunlar haradan qaynaqlanır, bunun arxasında kimlər dayanırlar, onların məqsədi nədən ibarətdir”. 

“Report”un xəbərinə görə, bunu Prezident İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda deyib. 

Dövlət başçısı qeyd edib ki, Azərbaycan öz yolu ilə gedir və həyat hər şeyi öz yerinə qoyur: "Bizə qarşı o çirkin kampaniyaları təşkil edənlərin özləri də artıq siyasi səhnədən kənarlaşdırılıblar. Artıq dünya Azərbaycanı daha yaxşı tanıyır. Görürlər ki, bu, müstəqil dövlətdir, ləyaqətli dövlətdir. Azərbaycan xalqı qürurlu xalqdır, heç vaxt imkan verə bilməz ki, kimsə bizə nəyisə diktə etsin. Biz öz ləyaqətimizi həmişə saxlamışıq və saxlayırıq. Ölkəmizi bundan sonra da inamla qabağa aparmaq üçün biz lazım olan bütün məsələləri həll etməliyik. Onların içində əlbəttə ki, regional inkişaf proqramı xüsusi yer tutur. Əminəm ki, proqramda 2018-ci ilə qədər nəzərdə tutulmuş bütün məsələlər öz həllini tapacaq və əlavə məsələlər də proqrama daxil ediləcək".

Son xəbərlər

Orphus sistemi