Azərbaycan Prezidenti: "Beynəlxalq hüquqa, ərazi bütövlüyünə hörmət regional sabitlik üçün vacib şərtlərdir" - ƏLAVƏ OLUNUB

Azərbaycan Prezidenti: "Beynəlxalq hüquqa, ərazi bütövlüyünə hörmət regional sabitlik üçün vacib şərtlərdir" - ƏLAVƏ OLUNUB İlham Əliyev: "Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunmalıdır"
Xarici siyasət
1 Dekabr , 2017 10:01
Azərbaycan Prezidenti: Beynəlxalq hüquqa, ərazi bütövlüyünə hörmət regional sabitlik üçün vacib şərtlərdir - ƏLAVƏ OLUNUB
Report

Bakı. 1 dekabr. REPORT.AZ/ "Beynəlxalq hüquqa, suverenliyə və ərazi bütövlüyünə hörmət regional sabitlik üçün vacib şərtlərdir".

"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda “Asiyanın Qəlbi” - İstanbul Prosesi çərçivəsində “Güclü Asiyanın Qəlbi regionu naminə təhlükəsizlik və bağlılıq” mövzusunda 7-ci nazirlər konfransının açılış mərasimində deyib.

"Azərbaycanın müstəqilliyini bərpa etdiyi ilk andan etibarən onun təhlükəsizliyi Ermənistanın hərbi təcavüzü nəticəsində çağırışla üzləşib. Ərazisinin 1/5 hissəsinin işğalından, yüzminlərlə vətəndaşının məcburi köçürülməsindən uzun müddətdir əziyyət çəkən ölkə kimi Azərbaycan sülh, təhlükəsizlik və sabitliyin dəyərini tam mənadə dərk edir.

İyirmi ildən çoxdur Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və onun ətrafındakı 7 rayonumuzu işğal edib. Bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənistan Dağlıq Qarabağda, Azərbaycanın bəzi digər bölgələrində, eləcə də Ermənistanda  azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparıb", - dövlət başçısı vurğulayıb.

"Status-kvo dəyişdirilməlidir. Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunmalıdır", - Prezident bildirib.

Son xəbərlər

Orphus sistemi