Azərbaycan Prezidenti Belçikalıların Kralını təbrik edib

Azərbaycan Prezidenti Belçikalıların Kralını təbrik edib Bakı. 20 iyul. REPORT.AZ/ Prezident İlham Əliyev Belçikalıların Kralı Filipə təbrik məktubu ünvanlayıb.
Xarici siyasət
20 İyul , 2018 18:04
Azərbaycan Prezidenti Belçikalıların Kralını təbrik edib

Bakı. 20 iyul. REPORT.AZ/ Prezident İlham Əliyev Belçikalıların Kralı Filipə təbrik məktubu ünvanlayıb.

“Report”un xəbərinə görə, təbrik mətnində deyilir:

“Əlahəzrət,

Ölkənizin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün belçikalılara öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Belçika xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

Son xəbərlər

Orphus sistemi