​Azərbaycan prezidenti Belarusa rəsmi səfərə gedib

​Azərbaycan prezidenti Belarusa rəsmi səfərə gedib Səfər zamanı beynəlxalq sənədlərin imzalanacağı gözlənilir
Xarici siyasət
27 Noyabr , 2015 22:52
​Azərbaycan prezidenti Belarusa rəsmi səfərə gedib

Bakı. 27 noyabr. REPORT.AZ/ Azərbaycan prezidenti İlham Əliyev Belarusa rəsmi səfərə gedib.

"Report" xəbər verir ki, bu barədə BELTA məlumat yayıb.

Noyabrın 28-dək davam edəcək səfər çərçivəsində Belarus və Azərbaycan prezidentləri arasında dar və geniş tərkibdə görüşlərin keçirilməsi, həmçinin beynəlxalq sənədlərin imzalanması planlaşdırılıb.

İlham Əliyevin Minskdə Qələbə abidəsi önünə əklil qoyacağı, Böyük Vətən Müharibəsi Tarixi Dövlət Muzeyinə baş çəkəcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi