Azərbaycan Prezidenti BƏƏ-nin dövlət başçısı və baş nazirini təbrik edib

Azərbaycan Prezidenti BƏƏ-nin dövlət başçısı və baş nazirini təbrik edib "Birləşmiş Ərəb Əmirliklərinin dost xalqına daim sülh və rifah diləyirəm"
Xarici siyasət
1 Dekabr , 2015 18:36
Azərbaycan Prezidenti BƏƏ-nin dövlət başçısı və baş nazirini təbrik edib

Bakı. 1 dekabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət şeyx Xəlifə bin Zayed Al Nəhyana təbrik məktubu göndərib. "Report"un məlumatına görə, təbrik mətnində deyilir:

"Əlahəzrət,

Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı və xoşbəxtlik, Birləşmiş Ərəb Əmirliklərinin dost xalqına daim sülh və rifah diləyirəm".

Eyni zamanda Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti və Baş naziri, Dubay Əmiri Əlahəzrət şeyx Məhəmməd bin Rəşid Al Məktuma da təbrik məktubu göndərib. 

"Əlahəzrət,

Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi yetirirəm.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Son xəbərlər

Orphus sistemi