Azərbaycan Prezidenti Avstriyanın Federal Kanslerini təbrik edib

Azərbaycan Prezidenti Avstriyanın Federal Kanslerini təbrik edib Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avstriya Respublikasının Federal Kansleri Sebastian Kurtsa təbrik məktubu ünvanlayıb.
Xarici siyasət
13 Yanvar , 2020 17:44
Azərbaycan Prezidenti Avstriyanın Federal Kanslerini təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avstriya Respublikasının Federal Kansleri Sebastian Kurtsa təbrik məktubu ünvanlayıb. 

"Report"un məlumatına görə, təbrik mətnində deyilir: 

"Hörmətli cənab Federal Kansler,

Avstriya Respublikasının Federal Kansleri kimi fəaliyyətə başlamağınız münasibətilə Sizi ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Avstriya arasındakı dostluq əlaqələri, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.

Sizə cansağlığı, xoşbəxtlik, məsul fəaliyyətinizdə uğurlar diləyirəm".

Son xəbərlər

Orphus sistemi