Azərbaycan Prezidenti Avstriyanın dövlət başçısına məktub göndərib

Azərbaycan Prezidenti Avstriyanın dövlət başçısına məktub göndərib Məktub Avstriya Respublikasının milli bayramı münasibətilə göndərilib
Xarici siyasət
25 Oktyabr , 2017 18:05
Azərbaycan Prezidenti Avstriyanın dövlət başçısına məktub göndərib

Bakı. 25 oktyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avstriya Respublikasının Federal Prezidenti Aleksander Van der Bellenə məktub ünvanlayıb. 

"Report"un məlumatına görə, təbrik mətnində deyilir: 

"Hörmətli cənab Federal Prezident,

Avstriya Respublikasının milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Avstriya xalqına daim sülh və firavanlıq arzulayıram".

Son xəbərlər

Orphus sistemi