Azərbaycan Prezidenti ATƏT-in Bakıdakı layihə əlaqələndiricisini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib

Azərbaycan Prezidenti ATƏT-in Bakıdakı layihə əlaqələndiricisini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib Dövlət başçısı Aleksis Şahtaxtinskinin Azərbaycan-ATƏT əməkdaşlığının inkişafına verdiyi töhfəni yüksək qiymətləndirib
Xarici siyasət
3 İyun , 2015 14:31
Azərbaycan Prezidenti ATƏT-in Bakıdakı layihə əlaqələndiricisini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib

Bakı. 3 iyun. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev iyunun 3-də ATƏT-in Bakıdakı layihə əlaqələndiricisi Aleksis Şahtaxtinskini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. "Report" xəbər verir ki, dövlət başçısı Aleksis Şahtaxtinskinin Azərbaycan-ATƏT əməkdaşlığının inkişafına verdiyi töhfəni yüksək qiymətləndirib, ötən dövr ərzində həyata keçirilən layihələrin yaxşı nəticələr verdiyini vurğulayaraq ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

ATƏT-in Bakıdakı layihə əlaqələndiricisi Aleksis Şahtaxtinski fəaliyyəti dövründə təmsil etdiyi qurum ilə rəsmi Bakı arasında əməkdaşlığın inkişafı və eləcə də Azərbaycanın rifahı naminə səylərini əsirgəmədiyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi