Azərbaycan prezidenti Asiya İnkişaf Bankının prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan prezidenti Asiya İnkişaf Bankının prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib Asiya İnkişaf Bankının prezidenti Azərbaycanda keçiriləcək 48-ci illik toplantısının əhəmiyyəti barədə danışıb
Xarici siyasət
4 Noyabr , 2014 14:15
Azərbaycan prezidenti Asiya İnkişaf Bankının prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Bakı. 4 noyabr. REPORT.AZ/ Bu gün Azərbaycan prezidenti İlham Əliyev Asiya İnkişaf Bankının prezidenti Takehiko Nakaonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. “Report”un məlumatına görə, dövlət başçısı Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında uzun illər uğurlu əməkdaşlığın həyata keçirildiyini vurğulayaraq icra olunan layihələrin ölkənin iqtisadi inkişafı, o cümlədən müasir infrastrukturun yaradılması işinə töhfə verdiyini qeyd edib.

Asiya İnkişaf Bankının prezidenti Takehiko Nakao Bakıda gedən inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını bildirib. O, gələn il Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının Azərbaycanda keçiriləcək 48-ci illik toplantısının əhəmiyyətinə toxunaraq ölkədə bu tədbirin yüksək səviyyədə təşkil olunacağına və xeyli sayda ölkənin dövlət və özəl sektorunun nümayəndələrinin bu toplantıda təmsil olunacağına əminliyini vurğulayıb.

Prezident İlham Əliyev Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 2015-ci ildə Bakıda keçiriləcək 48-ci illik toplantısının beynəlxalq əməkdaşlığın daha da möhkəmləndirilməsi, ölkənin dünyaya yüksək səviyyədə təqdim olunması, Azərbaycanda gedən iqtisadi inkişaf prosesləri ilə daha yaxından tanış olmaq baxımından əhəmiyyətini qeyd edib. Dövlət başçısı Asiya İnkişaf Bankı ilə əməkdaşlığın bundan sonra da genişləndiriləcəyinə əminliyini bildirib.

Son xəbərlər

Orphus sistemi