Yuxarı
    Bağlamaq

    Azərbaycan Prezidenti Almaniya Prezidentinə milli bayram münasibətilə təbrik məktubu ünvanlayıb

    Azərbaycan-Almaniya münasibətləri dinamik və hərtərəfli inkişaf yolundadır

    Bakı. 1 oktyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Prezidenti Yoaxim Qauku milli bayram münasibətilə təbrik edib.

    "Report" xəbər verir ki, təbrikdə deyilir:

    Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Yoaxim Qauka

    Hörmətli cənab Prezident,

    Almaniya Federativ Respublikasının milli bayramı – Alman Birliyi Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

    Azərbaycan-Almaniya münasibətləri dinamik və hərtərəfli inkişaf yolundadır. İnanıram ki, dostluq əlaqələrimizin genişlənməsi, əməkdaşlığımızın bütün sahələrdə dərinləşməsi yolunda qarşılıqlı addımlarımız bundan sonra da tərəfdaşlığımızın möhkəmlənməsinə xidmət edəcəkdir.

    Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Almaniya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi