Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini Türkiyə-Rusiya əlaqələrinin gərginləşməsinə münasibət bildirib

Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini Türkiyə-Rusiya əlaqələrinin gərginləşməsinə münasibət bildirib Novruz Məmmədov: ​"Azərbaycan gərginliyin azalması işində öz töhfəsini verməyə hazırdır"
Xarici siyasət
26 Noyabr , 2015 14:14
Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini Türkiyə-Rusiya əlaqələrinin gərginləşməsinə münasibət bildirib

"Azərbaycan çox istəyir ki, dostları arasında heç bir qarşıdurma olmasın. Azərbaycan gərginliyin azalması işində öz töhfəsini verməyə hazırdır"

Bakı. 26 noyabr. REPORT.AZ/ "Azərbaycan təəssüf edir ki, Türkiyə-Rusiya əlaqələri belə gərginləşib". "Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov rəsmi "twitter" səhifəsində yazıb. 

N.Məmmədov deyib ki, Türkiyə Azərbaycanın ən yaxın müttəfiqidir: "Rusiya da bizə çox yaxın dost ölkədir. Hər iki ölkə ilə Azərbaycanı tarixi əlaqələr bağlayır. Hər iki ölkə ilə əlaqələrimiz ən yüksək səviyyədədir.

Azərbaycan çox istəyir ki, dostları arasında heç bir qarşıdurma olmasın. Azərbaycan gərginliyin azalması işində öz töhfəsini verməyə hazırdır".

Son xəbərlər

Orphus sistemi